EşqÖlüm” müəllifin yubileyi münasibətilə nümayiş olunacaq

 

 

Fevralın 6-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə görkəmli bəstəkarın “EşqÖlümbaleti nümayiş olunacaq.

“Kitabi-Dədə Qorqudeposunun motivləri əsasında ərsəyə gələn balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Əsas partiyaları əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaq.

Balet ilk dəfə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin il MoskvadaRusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinsk Teatrının səhnəsində də təqdim olunub.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.2.