“Vətənpərvərlik kinosu günləri” başa çatıb

 

 

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, xalqımızın birlikmübarizlik tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “Vətənpərvərlik kinosu günləri” başa çatıb.

Layihə çərçivəsində 13-17 yanvar tarixində Binəqədi Mərkəzi Mədəniyyət evi, Müşfiqabad qəsəbə Mədəniyyət evi, Nardaran qəsəbə Mədəniyyət Mərkəzi, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi, R.Axundov adına Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Qaradağ rayon Heydər Əliyev Mərkəzi, aşıq R.Qobustanlı adına Mədəniyyət evi, Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Şüvəlan qəsəbə Mədəniyyət eviŞağan qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları haqqında sənədli ekran əsərləri göstərilib.

Kino həftəsi ərzində Milli Qəhrəmanlar Seymur Məmmədov (“Qartal yuvası”, rejissor Çingiz Həsənov), İqor Makeyev (“Mən gəncəliyəm”, rejissor Yavər Rzayev), Şahlar Şükürov (“Bir elin Şahları”, rejissor Vəli Səyyadi), Əli Məmmədov (“Taleyin sorağında”, rejissor Taleh İsmayılov), Ehtiram Əliyev (“777”, rejissor Cavid İmamverdiyev), Mikayıl Cəbrayılov (“İki əsgər”, rejissor Vəli Səyyadi), Səfiyar Behbudov (“Qəhrəmanlıq zirvəsi”, rejissor Kəmalə Musazadə), Rövşən Əliyev (“Rövşən”, rejissor Natiq Qurbanov), Məmməd Hüseynov (“Müəllim”, rejissor Emin Əfəndiyev), Səxavət Məhərrəmov (“Məni yada salarkən”, rejissor Yavər Rzayev) və Viktor Seryogin (“Əbədiyyətə uçuş”, rejissor Cəmil Fərəcov) haqqında filmlər nümayiş olunub.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.3.