Qan yaddaşı

 

 

LeopoldMstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə Yanvarın 18-də 1990-cı ilin Qara Yanvar hadisələrinin 30 illiyinə həsr edilmişQan yaddaşı” adlı tədbir keçirildi.

L. və M.Rostropoviçlər muzeyinin direktoru Şeyla Heydərova çıxış edərək, 20 Yanvar hadisələri haqqında məlumat verdi. Bildirdi ki, faciədən 30 il keçməsinə baxmayaraq, həmin gün yaşanan hadisələr xatirələrimizə əbədi həkk olunub, qan yaddaşımıza yazılıb.

A.Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə ədəbiyyat və incəsənət xadimlərinin 20 Yanvar faciəsinə həsr edilmiş əsərlər yaratdıqlarını dedi.

Tədbirdə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 1990-cı illərin əvvəllərində ölkəmizdəki qaçqın şəhərciklərinə getməsindən bəhs edən və 20 Yanvar şəhidlərinə həsr edilən qısametrajlı filmlər nümayiş etdirildi.

Bədii hissədə Xətai rayonu 58 saylı tam orta məktəbin şagirdləri tərəfindən “Qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifaları təqdim edildi.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.6.