Musiqi Mədəniyyəti Dövlət
Muzeyində anım tədbiri
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova çıxış ediblər.
20 Yanvar şəhidi, professor, kimyaçı alim İsmayıl Musaoğlunun həyat yoldaşı Gülüş Mursaqulova və 20 Yanvar əlili Mürsəl Əsgərov 30 il əvvəl yaşanan faciəli hadisələrlə bağlı xatirələrini danışıblar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fotoqrafı Boris Dobin Bakıda törədilən qırğınla bağlı vaxtilə çəkdiyi fotoları buklet şəklində çap etdirərək dünya ictimaiyyətinə çatdırmışdı. Tədbirdə çıxışlar həmin fotoşəkillərdən ibarət slayd-şou ilə müşayiət olunub.
Sonda 20 Yanvar
hadisələrini əks etdirən sənədli film və Azər Rzayevin
“Bakı 90” simfoniyasının videoyazısı nümayiş olunub.
Mədəniyyət.- 2020.- 22
yanvar.- S.6.