“Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan...”

 

 

 

Səməd Vurğunun ev-muzeyində 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi ilə birgə “Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan...” adlı tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Nərimanov rayonu 45 saylı məktəbin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

Sonda ictimai birliyin rəhbəri Aygün Zamanlı, məktəbin müəllimi Reyhan Atakişiyeva, şagirdlər muzey ekspozisiyası ilə tanış olublar.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.6.