Azərbaycanın kədəri kədərimizdir
Türkiyədə 20 Yanvarın ildönümü silsilə tədbirlərlə
qeyd olunub
Azərbaycan
tarixinin hüzn və şərəf səhifəsi olan
1990-cı il 20 yanvar faciəsinin
qurbanları Türkiyənin bir sıra şəhərlərində
müxtəlif tədbirlərlə anılıb.
Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisi açılıb. Qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.
Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, QHT təmsilçiləri, müəllifin sənət yoldaşları iştirak ediblər.
***
“Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının 19 yanvarda efirə gedən verilişi Qara Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb.
Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi Halil Balqonaq olublar.
Verilişdə 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə danışılıb, videoçarx nümayiş etdirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr edilmiş “Ağla, qərənfil, ağla” kitabı təqdim edilib.
***
Türkiyə Vəkillər Kollegiyasında 20 Yanvarın 30 illiyi ilə bağlı konfrans keçirilib. Tədbirdə şəhidlərin ruhlarına dualar oxunub. Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli film nümayiş olunub.
Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu 20 Yanvar qətliamının beynəlxalq hüquq baxımından insanlığa qarşı işlədilmiş cinayətlər sırasına daxil edilməsi və cavabdehlərin məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 30 il öncə ilə indiki Azərbaycanı müqayisə edib və bildirib ki, bu gün Azərbaycanın hərbi gücü, qüdrəti, beynəlxalq aləmdə nüfuzu var.
Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim bildirib ki, Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində Qanlı Yanvar Türkiyə xalqının nəzərində Şanlı Yanvara çevrilib.
Sonra professor Aygün
Əttarın sədrliyi
ilə konfransın
panel hissəsi keçirilib. Ortadoğu
Texniki Universitetinin professoru Hüseyn Bağçı,
Türkiyə Prezidenti
Administrasiyasının Səhiyyə
və Qida Siyasəti Qurumu üzvü Necdət Ünüvar və Təhlükəsizlik
və Xarici Əlaqələr Qurumunun
üzvü İsmayıl
Safi məruzələrlə çıxış ediblər.
Tədbirdə millət vəkilləri
Mətin İşıq,
Abbas Bozyel, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Valeh Hacıyev, Türk Şurasının
baş katiblik heyəti, Qazaxıstanın
Türkiyədəki səfiri
Abzal Saparbekuly, Türkiyənin Azərbaycandakı
keçmiş səfiri
Hulusi Kılıç,
siyasətçi Sinan
Oğan, universitet müəllimləri, Türkiyədəki
hərbi məktəblərin
və digər universitetlərin tələbələri
iştirak ediblər.
Tədbirdən sonra “Qanlı Yanvar” adlı rəsm sərgisi də keçirilib.
***
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində
(İSTAD) 20 Yanvar faciəsi
qurbanlarının xatirəsi
anılıb. Tədbirdə əvvəlcə hər iki ölkənin
dövlət himnləri
səsləndirilib, 20 Yanvar
faciəsinə həsr
olunmuş fotosərgiyə
baxış keçirilib.
Tədbirin aparıcısı – sosial elmlər üzrə tədqiqatçı,
yazıçı-tərcüməçi
Mətin Yıldırım
20 Yanvar barədə məlumat verib.
Dərnəyin sədri Səfər
Qaraqoyunlu, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in üzvü Hayrettin Nuhoğlu
və digərləri
1990-cı il yanvarın 20-nə keçən
gecə Azərbaycanda
törədilmiş faciədən
danışıblar. Bildirilib ki,
yaddaşlara əbədi
həkk olunmuş bu faciə, əslində, Azərbaycan
türklərinin 70 illik
əsarətə son qoyduğu
və zülm qarşısında əzmlə
dayandığı gündür.
***
İstanbulun Yeni Yüzyıl Universitetində də anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın İstanbuldakı
baş konsulu Məsim Hacıyev, universitetin idarə heyətinin sədri Azmi Ofluoğlu və başqa çıxış edənlər
20 Yanvarın Azərbaycan
xalqının qəhrəmanlıq
tarixinin şanlı səhifələrindən biri
olduğunu qeyd ediblər.
Universitetin qalereyasında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Sərgidə faciənin dəhşətlərini
əks etdirən orijinal fotolar nümayiş olunur.
Sərgiyə baxan universitetin müəllim-tələbə heyəti
və qonaqlar müstəqillik uğrunda
mübarizədə şəhid
olan soydaşlarımızın
xatirəsini ehtiramla yad etdiklərini bildiriblər.
***
İzmirdə fəaliyyət göstərən
Azərbaycan Mədəniyyəti
və Həmrəyliyi
Dərnəyində təşkil
olunan mərasimdə şəhidlərimizin ruhlarına
dualar oxunub. Dərnəyin sədri Mülazim Pahsa 1990-cı il yanvarın
20-nə keçən gecə
sovet qoşunlarının
Azərbaycanda törətdiyi
cinayətin dəhşətlərindən
danışıb.
***
Azərbaycanın Qars şəhərindəki
Baş Konsulluğu, Diyarbəkir Diclə Universiteti, o cümlədən
bu təhsil olacağında fəaliyyət
göstərən Qum sənəti
və sosial fəaliyyətlər klubunun
birgə təşkilatçılığı
ilə anım mərasimi keçirilib.
“Azərbaycanın ağlayan
qərənfilləri” adlı
tədbirdə Diyarbəkir
valisi Həsən Basri Gözəloğlu, digər rəsmilər, universitetin professor-müəllim
və tələbə
heyəti, yerli ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev,
Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diclə
Universitetinin rektoru Talip Gül və digərləri vurğulayıblar ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, Azərbaycan
tarixinin şərəfli
səhifələrindən biridir. Qeyd edilib ki, bütün məsələlərdə
olduğu kimi, 20 Yanvar faciəsi ilə bağlı da Türkiyə həmişə Azərbaycanın
yanındadır və
bundan sonra da ondan qardaş
dəstəyini əsirgəməyəcək.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 22
yanvar.- S.8.