20 Yanvarın 30-cu ildönümü ilə əlaqədar anım tədbiri

 

 

 

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Öncə 20 Yanvar faciəsini əks etdirən kitab stendinə baxış keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş qanlı 20 Yanvar hadisələrinin səbəbləri haqqında söz açaraq bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, 20 Yanvar xalqımızın qan yaddaşıdır və şəhidlərimizin xatirəsi daim ehtiramla yad ediləcək.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.4.