Xalqın hünər tarixi
Şəhər və rayonlarda
20 Yanvarın ildönümü münasibətilə
tədbirlər
Sumqayıt
Regional Mədəniyyət İdarəsinin mədəniyyət
müəssisələrində 1990-cı ilin 20 Yanvar faciəsinin
ildönümü silsilə tədbirlərlə qeyd olunub.
S.Vurğun adına Mərkəzi kitabxanada tarixi günlə əlaqədar sərgi təşkil olunub, biblioqrafik xülasə verilib. Kitabxananın əməkdaşları tərəfindən 25 saylı orta məktəbdə “Xalqın hünər tarixi” adlı yaddaş dərsi keçirilib.
Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən N.Tusi adına 12 nömrəli orta məktəbdə mövzu ilə bağlı dəyirmi masa və kitab sərgisi təşkil edilib.
Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda keçirilən dəyirmi masada oxucuların faciə haqqında fikirləri dinlənilib, rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Heydər Əliyev Mərkəzi, “Dostluq” Mədəniyyət evi, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə tematik gecə keçirilib.
Regional idarənin tabeliyindəki Zəngilan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə iştirakçılar “Qanlı Yanvar” adlı kitab sərgisi və “Əsarətin son gecəsi” adlı guşə ilə tanış olublar.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət işçiləri, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.
Mərkəzin direktoru Məhsəti Musa 20 Yanvar faciəsindən və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədən danışıb. Yanvar hadisələrinin şahidi olmuş Eldəniz Qəmbərov, rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova və başqaları çıxış ediblər.
Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri 20 Yanvara həsr olunmuş “Zəfər gecəmiz” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
***
Sabirabad rayon Mədəniyyət Mərkəzində rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş guşə qarşısında tədbir keçirilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, muzeyin direktoru Şükufə Əsgərova, Sabirabad Dövlət Sosial İqtisad Kollecinin müəllimi Səidə Hüseynova çıxış ediblər.
Regional idarənin əməkdaşları rayonun Kürkəndi kəndində 20 Yanvar şəhidi Zəbulla Xeyrulla oğlu Əliyevin məzarını ziyarət ediblər. 1946-cı il təvəllüdlü Zəbulla Əliyev Bakıda 1 nömrəli tikiş fabrikində sürücü işləyib. 1990-cı il yanvarın 20-də həlak olub, doğma kəndində dəfn edilib. 1998-ci ildə ona “20 Yanvar şəhidi” adı verilib. Sabirabad rayonunun küçələrindən biri Zəbulla Əliyevin adını daşıyır.
***
20 Yanvar faciəsi ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində də mədəni-kütləvi tədbirlər keçirilib.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində anım günü ilə əlaqədar uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Kino zalında vətənpərvərlik mövzusunda film nümayiş olunub.
Neftçala rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyə gedən yol” adlı tədbirdə faciəni əks etdirən bədii kompozisiya və sərgi nümayiş olunub.
Neftçala rayon Mərkəzi Kitabxanada “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” başlıqlı sərgi təşkil edilib.
Regional idarənin tabeliyində olan Cəbrayıl rayon Mərkəzi Kitabxanasında (Biləsuvar rayonundakı köçkün şəhərciyi) da dəyirmi masa və kitab sərgisi təşkil olunub, Yuxarı Mərcanlı kənd tam orta məktəbin həyətində ucaldılmış “Şəhidlər” abidəsi ziyarət edilib.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tərtər rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Mərkəzin direktoru Səlimə Yusubova 1990-cı il 20 yanvar hadisələrindən bəhs edib. Vurğulanıb ki, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Diqqətə çatdırılıb ki, 1994-cü ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verildi və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində addımlar atıldı.
Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə 4 nömrəli İncəsənət məktəbi və Divanlı kənd Musiqi məktəbinin şagirdləri tərəfindən 20 Yanvar faciəsini özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.
***
Salyan rayon Mərkəzi Kitabxanası və rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə Arbatan kənd orta məktəbində anım tədbiri təşkil olunub.
Mərasimdə kitabxananın direktoru Səidə Əliyeva, məktəbin direktoru Aytən Ağalarova vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətindən söz açıblar. Şagirdlər vətənə sevgini tərənnüm edən şeirlər söyləyiblər. Sonra 20 Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrdə 20 Yanvar qurbanları yad edilib.
Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində “Müstəqilliyə gedən yol” mövzusunda ədəbi-bədii tədbir keçirilib.
Xaçmaz şəhər Uşaq incəsənət məktəbində şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edilib. Xaçmaz Döyüş Şöhrəti Muzeyinin əməkdaşları Abumüslüm Səlimov adına şəhər 7 saylı məktəbdə “Qan yaddaşımız” adlı mühazirə keçiriblər.
Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Tariximizi unutmayaq” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Rayon Tarix-Diyarşünaslıq, Döyüş Şöhrəti muzeyləri və Xalça Muzeyinin filialı Uzunoba kənd orta məktəbində “Azadlıq carçıları” adlı tədbir keçirib.
Xudat şəhər Folklor evində “Qanı ilə azadlıq dastanını yazanlar” adlı tədbir təşkil olunub.
Quba Heydər Əliyev Mərkəzində MKS-nin, Quba “ASAN Xidmət”in əməkdaşları və könüllülər “20 Yanvar – qəhrəmanlıq və rəşadət günüdür” mövzusunda tədbir keçiriblər.
MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsində “20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm və kitab sərgisi təşkil edilib.
Qusar rayon Heydər Əliyev Mərkəzində və İncəsənət məktəbində anım tədbirləri, Qusar Dövlət Rəsm Qalereyasında faciə ilə əlaqədar sərgi təşkil edilib.
Şabran Tarix-Diyarşünaslıq Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı tədbir, Siyəzən rayon Mərkəzi Kitabxanasında sərgi keçirilib.
***
Ağdaş rayon Mədəniyyət Mərkəzində rayon Dövlət Rəsm Qalereyası və Mərkəzi kitabxana ilə birgə keçirilən “Tarixin qan yaddaşı” adlı tədbirdə 20 Yanvar hadisələrini əks etdirən video-çarx nümayiş etdirilib.
MKS-nin direktoru Seyfəddin Feyzullayev çıxış edib. Məktəblilərin, rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının və bədii özfəaliyyət kollektivi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bildirib ki, Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qara Yanvardan 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır.
Sonda tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət “Tarixin qan yaddaşı” adlı sərgi ilə tanış olublar.
***
Tovuz rayon aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək 1990-cı il 20 yanvar hadisələrinin xalqımızın qan yaddaşına çevrildiyini vurğulayıb. Mərasimdə “O gecə qar da qırmızı yağırdı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
***
Lənkəran şəhərində Heydər Əliyev Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qürur və iftixar günümüz” mövzusunda anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə yeniyetmə və gənclərin Qanlı Yanvar hadisələrilə bağlı rəsm sərgisi ilə tanış olublar.
Mərkəzin direktoru Reyhanə Sadıxova, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elbəy Fətəliyev çıxış ediblər.
Çıxışlardan sonra
məktəbli və tələbələrin ifasında ədəbi-bədii
kompozisiya, 20 Yanvar
hadisələrini canlandıran səhnələr nümayiş olunub.
Mədəniyyət.- 2020.- 22
yanvar.- S.1;4.