Mədəniyyət nazirinin
müavini Xırdalan şəhərində
vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 23-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar şəhər 11 illik Musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün klassik musiqi konsertlərinin təşkili, Zəngilan rayon Mərkəzi Kitabxanasına Azərbaycan və dünya ədəbiyyatı, eləcə də ali məktəb dərsliklərinin verilməsini diqqətə çatdırıblar.
Həmçinin Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sensor vitrinlərin verilməsi, Saray qəsəbəsində Mədəniyyət evinin tikilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazir müavininə müraciət edilib.
Vətəndaşlar tərəfindən səsləndirilən
bütün müraciətlər dinlənilib,
qaldırılan bir sıra məsələlər
yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və
qanunvericiliyə uyğun həll
olunması məqsədilə müvafiq
tapşırıqlar verilib.
Mədəniyyət.- 2020.- 24
yanvar.- S.4.