“Muğam
axşamları” davam edir
Beynəlxalq Muğam Mərkəzinin geniş tamaşaçı marağı doğuran “Muğam axşamları” layihəsinin növbəti konserti yanvarın 25-də reallaşacaq.
Proqramda xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva “Çahargah” muğamını təqdim edəcəklər.
Qeyd edək ki, layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamımız təqdim edilib.
Layihənin ilboyu
davam edəcək konsertlərində
“Bayatı-Şiraz”, “Humayun”,
“Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbarı”,
“Osmanlı”, “Heydəri”, “Bayatı-Qacar”, “Mahur-hindi”,
“Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”,
“Mirzə Hüseyn segahı”, “Kəsmə
şikəstə”, “Bayatı-Kürd”, “Kürd
ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan
şikəstəsi” muğamları təqdim olunacaq.
Mədəniyyət.- 2020.- 24
yanvar.- S.4.