“Dərbənd el
sənətkarları”
Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Onun sözlərinə görə, antologiyada Dərbənd mahalında tarixən ad çıxarmış saz-söz sənətkarlarının və bu gün həmin ənənəni uğurla davam etdirən çağdaş aşıq və şairlərin saz-söz ovqatıyla yaratdıqları poetik örnəklər və dastanların ən yaxşı nümunələri yer alıb.
Bu nümunələr Dərbəndin tarixi qüdrətini, mənəvi gücünü ifadə edən, Dərbəndin keçmişini bu günə, bu gününü sabaha daşıyan tükənməz söz sərvətidir.
Qeyd edək ki, kitabı tərtib edənlər
Fəxrəddin Qəribsəs və Zeynəb Dərbəndli,
nəşrə hazırlayanı filologiya
üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçisi
Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı, redaktoru isə professor
İsmayıl Məmmədlidir.
Mədəniyyət.- 2020.- 24
yanvar.- S.6.