Milli Dram
Teatrında yeni tamaşanın məşqləri
başlanıb
Akademik Milli Dram Teatrında italyan dramaturqu Eduardo de Filipponun “Filumena Marturano” əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) çıxış edəcək.
Eduardo de Filippo bu
əsəri 1946-cı ildə
qələmə alıb. Həmin
il Neapoldakı
Politeama teatrında tamaşanın premyerası
keçirilib.
Əsər Filumena
Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsas motiv insanlar arasında sosial
ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki
təbəqələşmənin törətdiyi fəsadlardır.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.2.