BMT-nin İnkişaf
Proqramı innovasiyalara dəstək üçün layihə həyata keçirir
Mədəniyyət naziri
təşkilatın Azərbaycandakı nümayəndəsi
ilə görüşüb
Mədəniyyət
naziri Əbülfəs Qarayev yanvarın 28-də BMT-nin
İnkişaf Proqramının Azərbaycandakı
rezident-nümayəndəsi Alessandro Frakassetti ilə
görüşüb.
Görüş zamanı treninqlər, yaradıcı sənayelər və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin BMT-nin İnkişaf Proqramının innovasiyalara dəstək üçün yeni təşəbbüsü olan “Accelerator Lab” layihəsi barədə söhbət açılıb.
Bildirilib ki, layihənin əsas məqsədi təlimlər vasitəsilə müxtəlif formalarda olan yeni həll yollarını sınaqdan keçirmək və icra müddətini sürətləndirməkdir.
Əbülfəs Qarayev ölkəmizdə yaradıcı sənaye sahəsində həyata keçirilən layihələr haqqında Alessandro Frakassettiyə məlumat verib. Azərbaycanda yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində böyük potensialın olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.
Daha sonra
2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.2.