Yuxarı Başqoruğunamillistatusu verilib

 

Nazirlər Kabineti Şəki şəhərindəkiYuxarı BaşDövlət Tarix-Memarlıq Qoruğunamilli qoruqstatusunun verilməsi haqqında qərar verib.

QərarŞəki şəhərinin tarixi hissəsinin qorunması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul edilib.  Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, 2019-cu ildə Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salınıb.

 

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.2.