Musiqili teatrın direktoru
teatr sərgisinə dəvət alıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İranda 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının tərkib hissəsi olan 5-ci Teatr sərgisinə dəvət alıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Ə.Lalayev tədbirdə iştirak etmək üçün fevralın 1-dən 7-dək qonşu ölkədə olacaq.
Musiqili teatrın direktoru bundan əvvəl
də həm ekspert kimi,
həm də yaradıcı kollektivlə birgə “Fəcr”
festivallarında iştirak edib.
Onun
sözlərinə görə, budəfəki tədbir
çərçivəsində “Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”,
“Teatr sənətinin təhlili”
mövzularında dəyirmi masalar,
müzakirələr aparılacaq, müxtəlif janrlarda tamaşalara
baxış keçiriləcək.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.2.