Konfrans münasibətlərimizin səviyyəsini
göstərir
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı paytaxt şəhərlərimiz arasında olan münasibətlərin səviyyəsini əks etdirir”. Bu isə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözləridir.
Rusiya Prezidentinin nümayəndəsi qeyd edib ki, bu münasibətlər nəinki humanitar, eyni zamanda iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı əhatə edir.
“Bizim böyük
planlarımız var. Bizim
bir-birimizə olan münasibətimizi sübut etməyimizə ehtiyac
yoxdur. Bu günlərdə
Polad Bülbüloğlunun
Moskvada keçirilən yubiley
konserti çoxlu sayda insanları bir araya gətirdi. Bu, mədəniyyət
sahəsində əlaqələrin dərin kökə malik olduğuna bir işarə idi”, - deyə
o bildirib.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.3.