Səməd Vurğunun
ev-muzeyində ədəbi-musiqili tədbir
Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu Mərkəzinin “Qrammofon” ədəbi layihəsi çərçivəsində növbəti tədbir yanvarın 26-da keçirilib.
Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili axşamda muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova çıxış edib.
Aktyor Kamran
Yunis və bədii qiraət ustası Xəzər
Süleymanlı Vaqif Səmədoğlunun
şeirlərini söyləyiblər. Müğənni Sevinc Ağasıyeva, pianoçu
Zaur Baratov, gənc
ifaçı Faiq Mirzə Əliyev şairin sözlərinə bəstələnmiş
mahnıları – Tofiq Quliyev,
Emin Sabitoğlu və
başqa bəstəkarların əsərlərini
oxuyublar.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.2.