Mədəniyyət ikitərəfli əlaqələrdə
xüsusi əhəmiyyət kəsb edir
“Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Mədəniyyət sahəsində əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif birgə tədbirlər, təcrübə mübadiləsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərləri və s. mədəni əlaqələrimizin əsas göstəricisidir”
Bu fikirləri jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətini
yüksək qiymətləndirən nazir bildirib ki, tədbir Azərbaycan-Rusiya
əlaqələrinin daha da
möhkəmlənməsinə mühüm
töhfə verəcək: “Rusiyadan
hökumət nümayəndələri, millət vəkilləri,
elm adamları və incəsənət
xadimlərinin Bakıya gəlişi çoxsahəli məsələlərin
müzakirəsinə şərait yaradır”.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.3.