Onları Bakı Moskva sevir

 

Mədəniyyətlərarası dialoq konfransı çərçivəsində fotosərgi açılıb

 

Bakı-Moskva: mədəniyyətlərin dialoqukonfransı çərçivəsində yanvarın 24-də Heydər Əliyev MərkəzindəOnları Bakı Moskva seviradlı fotosərginin açılış mərasimi oldu.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, Rusiyanın TASS İnformasiya Agentliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin dəstəyi ilə təşkil edilmişdi.

Açılış mərasimində çıxış edən  AZƏRTAC-ın İdarə heyətinin sədri Aslan Aslanov qonaqların diqqətinə çatdırdı ki,  sərgidə TASS AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir. Buna görə sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar. Sərgilənən fotolarda iki ölkənin liderləri, tanınmış siyasətçilər, ictimai xadimlər, elm adamları, aktyorlar, musiqiçilər idmançılar əks olunub.

Ekspozisiyada Azərbaycan xalqının ümummilli lideri, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni məzmunla zənginləşdirmiş Heydər Əliyevin,  ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən gündən-günə möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin fotoları yer alır. Bəstəkarlar Qara Qarayev Fikrət Əmirov, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Müslüm Maqomayev, böyük musiqiçimiz, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, görkəmli neftçi Fərman Salmanov da bu fotoların qəhrəmanlarıdır. Onların hər biri öz sahəsində ölkələrimizin şöhrətlənməsinə ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə veriblər. Həqiqətən , onları həm Rusiyada, həm Azərbaycanda tanıyır sevirlər.

Vurğulandı ki, bu gün azərbaycanlıların istedadlı gənc nəsli Rusiyada müvəffəqiyyətlə çalışmaqla bərabər, Azərbaycanı təbliğ edirlər. Fotolarda əks olunmuş bu insanlara baxdıqca, ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Aslan Aslanov qeyd etdi ki, bu sərgi ölkələrimizin qarşılıqlı münasibətlərinin bir növ fotolarda əks olunmuş tarixidir illər keçdikcə həmin fotoların dəyəri daha da artır: “Əminəm ki, qarşıda birgə sərgilərimiz çox olacaq. Çünki iki ölkə arasında əməkdaşlıq genişlənir möhkəmlənir, biz isə öz fəaliyyətimizlə bu dostluğun salnaməsini yaratmaq üçün əlimizdən gələni əsirgəmirik”.

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov bildirdi ki, sərginin adı ilk baxışda sadə görünsə , əslində, çox dərin mənaya malikdir: “Xalqlarımız arasında qarşılıqlı münasibətlərdə sevgi vacib sözdür. Sevgini Bakıya, bu torpağa qədəm qoyduğun andan duyursan. Əminəm ki, azərbaycanlılar da Moskvada bu hissi keçirirlər. Bu ekspozisiyada şəkillərin sayı çox olmasa da, əslində, xalqlarımızın bir-birinə xoş münasibətini əks etdirən fotoşəkilləri sərgiləmək üçün ən geniş salonlar da kifayət etməz. Onların sayı minlərlədir. Çünki biz Azərbaycanda yaşayan hər kəsi sevirik. Moskvaya gəlin. Biz əminik ki, Rusiya ilə Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək, inkişaf edəcək, genişlənəcək. Fotolar minlərlə sözdən daha çox şeyi deyir”.

Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev, AZƏRTAC TASS agentliklərinin rəhbərləri yubilyar – TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın iştirakı ilə açılış rəmzini bildirən lent kəsildi, iştirakçılar sərgi ilə tanış oldular.

Sərgini izləyənlər sırasında rusiyalı teleaparıcı Dmitri Dıbrov təəssüratlarını bölüşərək diqqətə çatdırdı ki, mədəniyyətlər xalqlar arasında dialoq ölkələrimiz üçün çox vacibdir: “Sərgidə bir çox sevilən insanların fotolarına rast gəldim. Xüsusən Müslüm Maqomayevi dərin ehtiramla yad etdim. Həyat yoldaşımla birlikdə Leyla xanım Əliyevanın fəaliyyətini izləyirik. Onun şeirlərini sevirik. Sizin ölkədə sənətə böyük dəyər verilir. Bu da bir respublika millət haqqında müsbət təsəvvür yaradır”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova: “Bu sərgi dostluq-tərəfdaşlıq münasibətlərini əks etdirir. Biz bütün sahələrdə münasibətlərimizin əsas xarakterini daim qeyd edirik. Mehriban qonşuluq, tarixən meydana gələn sıx əlaqələr iki ölkənin taleyidir. Məncə, bugünkü forum bu fikri bir daha təsdiq etdi”.

***

Sərgi ilə tanışlıqdan sonra Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın yubileyinə həsr olunmuş ziyafət verildi.

Mədəniyyət naziri Əbülfəs Qarayev bir daha yubilyara təbriklərini çatdırdı. NazirBakı-Moskva: mədəniyyətlərin dialoqukonfransının əhəmiyyətini vurğulayaraq tədbirin təşkilinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Mixail Qusman təşkilatçılara minnətdarlığını bildirdi: “Otuz ildən çoxdur ki, Moskvada yaşamağıma baxmayaraq, özümü bakılı hesab edirəm, ildə bir neçə dəfə bu gözəl şəhərə səfər edirəm. Çünki Bakı mənim uçun doğma şəhərdir”.

Tədbirdə bir sıra ölkələrin media nümayəndələri mədəniyyət xadimləri çıxış edərək yubilyara təbriklərini çatdırdılar.

Ziyafət bədii hissə ilə davam etdi.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.1;3.