Kitabxana sahəsində əlaqələr
inkişaf edir
Xəbər verdiyimiz kimi, ötən həftə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri də Bakıda səfərdə olublar. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində gerçəkləşən səfər zamanı qonaqlar yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında olmuşdular.
Rusiyalı kitabxana mütəxəssisləri ilə yanvarın 24-də Prezident Kitabxanasında da görüş keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov müəssisənin tarixi haqqında məlumat verib. Bildirib ki, kitabxana ötən əsrdə müxtəlif adlar altında fəaliyyət göstərib, 2003-cü ildən Prezident Kitabxanası adlanır.
Qonaqlara Prezident Kitabxanasının fəaliyyət istiqamətləri, oxucu kontingenti, digər kitabxanalarla əlaqələri, müasir informasiya texnologiyalarının tətbiqi, proseslərin avtomatlaşdırılması, elektron kitabxana və kataloq, virtual xidmət imkanları haqqında məlumat verilib.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, elmi və tədris işləri üzrə direktoru Tatyana Polejayeva öz növbələrində təmsil etdikləri müəssisə haqqında danışıb, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin zəruriliyindən söhbət açıblar.
Sonra
qarşılıqlı hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.4.