İkitərəfli əlaqələrin
inkişafından danışılıb
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransında iştirak üçün Rusiyadan gəlmiş qonaqları qəbul edib.
Əli Əsədov TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.
Mədəniyyət naziri
Əbülfəs Qarayev, Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu
görüşdə iştirak ediblər.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.4.