Tanınmış sənətşünasın
mühazirəsi
Yanvarın 25-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın mühazirəsi dinlənilib.
Mühazirədə gənc xalçaçılar, tələbələr və xalça həvəskarları iştirak ediblər.
Əvvəlcə sənətşünas haqqında məlumat verilib. Qeyd olunub ki, tanınmış xalça ustası Lətif Kərimovun tələbəsi və davamçısı olan Kübra xanım 50 ildən artıqdır həyatını bu sahəyə həsr edib.
O, “Azərbaycan xovsuz xalçaları”, “Xalı və xalçaçılıq terminləri lüğəti” və digər kitabların müəllifi və həmmüəllifidir. Beynəlxalq elmi simpozium və konqreslərdə Azərbaycan incəsənəti ilə əlaqədar məruzələrlə çıxış edib.
Mühazirə zamanı professor Kübra Əliyeva
xalçaçılıq sənətini öyrənmək üçün ötən əsrin 60-cı
illərinin axırlarından başlayaraq
ekspedisiyalarda olduğunu,
fərqli etnoqrafik ənənələri,
mifləri topladığını, memarlıq abidələrini
öyrəndiyi haqqında məlumat verib,
xalça sənətinin incəliklərindən
bəhs edib.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.4.