Marionet teatrında “Arşın mal alan”
Bakı
Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası nümayiş olunub.
Səhnə əsərinin quruluşçu
rejissoru Tərlan Qorçu, quruluşçu
rəssamları Elçin
Məmmədov, Tərlan
Qorçu, musiqi aranjimançısı Cavanşir
Quliyev, kukla rəssamları Elman Mirzəyev,
Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli
Mustafayev, Elman Mirzəyev,
Tərlan Qorçu, Zeynəb Kaadzedir.
Qeyd edək ki,
“Arşın mal alan” Marionet teatrında ilk dəfə
30 il bundan əvvəl
səhnələşdirilib. Səhnə əsəri müxtəlif
xarici ölkələrdə və dillərdə
tamaşaya qoyularaq izləyicilər
tərəfindən rəğbətlə
qarşılanıb.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.5.