Əlli il səhnədə
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi
doğma teatrda qeyd olunub
Yanvarın
25-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Əməkdar artist Almaz
Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş tədbir
keçirilib.
Tədbirdə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınıb, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.
Bildirilib ki, Almaz Mustafayeva 1970-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. Həmçinin Gənc Tamaşaçılar Teatrının sıx yaradıcılıq əlaqələri qurduğu Rusiya Federasiyası Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, aktrisa teatrla yanaşı kinoda da fəaliyyət göstərib, “Sehrli xalat”, “Yeddi oğul istərəm”, “Şir evdən getdi” və s. filmlərdə rol alıb.
Tədbir teatrlaşdırılmış səhnəciklərlə davam edib.
Qeyd edək ki,
yubiley mərasiminin quruluşçu
rejissoru Əməkdar artist
Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.5.