Sumqayıtda Xalq artistinin
80 illiyi qeyd olunub
Sumqayıt Dövlət Dram Teatrında
çoxsaylı maraqlı
və xarakterik obrazlar yaratmış Xalq artisti Svetlana Həkimovanın 80
illik yubileyi qeyd olunub.
Yanvarın 24-də keçirilən tədbirdə
teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov sənətkarı
yubileyi münasibətilə
təbrik edib, xoş arzularını bildirib.
Direktor müavinləri – Əməkdar
artist Vidadi Məmmədov,
Maya Məmmədova, quruluşçu
rejissor, Əməkdar
artist Namis Şirməmmədov,
Əməkdar artist İlahə
Səfərova və digər həmkarları çıxışlarında S.Həkimovanın
teatrda, televiziya tamaşalarında, eləcə
də şəhərin
mədəni-kütləvi tədbirlərində canlandırdığı
obrazları xatırladıblar,
aktrisanın ifa tərzindən, improvizə
qabiliyyətindən bəhs
ediblər.
Qeyd olunub
ki, Svetlana Həkimovanın
“Solğun çiçəklər”də
Sara, “Qaraca qız”da
Gülpəri nənə kimi obrazları bu gün də
tamaşaçıların yaddaşında qalır.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.5.