Konservatoriyada yubilyar şair-publisistlə görüş
Azərbaycan Milli Konservatoriyasında
(AMK) şair-publisist, filologiya
üzrə fəlsəfə
doktoru Gülhüseyn
Kazımlının anadan
olmasının 70 illiyi
münasibətilə yubilyarla
görüş keçirilib.
Milli Konservatoriyanın
rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış
edərək yubilyarın
muğama, musiqiyə olan marağından söz açıb. Bildirib ki,
o, uzun illər dövlət işlərində
çalışsa da,
hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün
də bu sahədə fəaliyyətini
yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımıza
həsr etdiyi tədqiqatlar əsasında
ərsəyə gətirdiyi
kitablar muğam sənətimiz üçün
dəyərli töhfələrdir.
Xalq artisti ,
AMK-nın professoru Mənsum İbrahimov yubilyarı təbrik edərək onu muğam ifaçılarının
yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif
vəzifələrdə çalışmasına
baxmayaraq, o, həmişə
musiqiyə bağlı
insan olub. Hələ gənc yaşlarında görkəmli xanəndə,
Xalq artisti Arif Babayev haqqında
povest yazıb. Biz Beynəlxalq Muğam
Mərkəzində dəfələrlə
birlikdə tədbirlərdə
olmuşuq. O, yüksək
daxili mədəniyyəti
və musiqiyə xüsusi münasibəti ilə seçilir.
Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, filologiya üzrə fəlsəfə
doktoru Firudin Qurbansoy da yubilyara
təbriklərini çatdırıblar.
Qeyd edilib
ki, Gülhüseyn
Kazımlı həm də nəğməkar şair
kimi tanınıb. Onun şeirlərinə
Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov kimi bəstəkarlar tərəfindən “Vətən
sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”,
“Əsgər yuxuları” kimi mahnılar bəstələnib.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.4.