Qazaxıstan səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Fondda keçirilən görüşdə G.Əfəndiyeva son illər ərzində həyata keçirilən layihə və tədbirlərdən söz açıb, gələcək planlardan danışıb. Bu il Qazaxıstanda tarixi hadisələr və görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə bağlı  Fondun bu istiqamətdə nəzərdə tutduğu tədbirlərdən də söz açılıb.

Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayan səfir S.Abdıkarimov Qazaxıstan ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və səfirlik arasında əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.4.