Gənc kulinarların şirniyyat festivalı

 

Yanvarın 29-da Turizmsosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların 3-cü Şirniyyat festivalı keçirilib.

Festival Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Yarışmada Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) komandası daSosial menecment fakültəsi qida mühəndisliyi ixtisasının tələbələri Mətanət Pənahova, Gülnur Nağıyeva və Turizm və qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbəsi Səidə Məmmədova iştirak edib. Festivalda beş növ şirniyyat təqdim edən ATMU komandası “Müasirlik” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Tələbələrin festivalda iştirakını Mehmanxanarestoran biznesi kafedrasının müdiri, dosent Novruz QuliyevKaryerakommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova təşkil edib.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.4.