Tarix İnstitutunun nəşrləri Milli Kitabxanaya təqdim edilib
AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix
İnstitutunun 2019-cu ildə
nəşr olunan kitabları Milli Kitabxanaya təqdim edilib.
Yanvarın 29-da bununla bağlı
keçirilən mərasimdə
çıxış edən
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ölkəmizin elm müəssisələrinin
nəşrlərinin mütəmadi
olaraq kitabxanaya təqdim edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, Tarix İnstitutunun
nəşr etdiyi kitablarda Azərbaycan tarixinin bu günə
kimi yazılmayan bir çox həqiqətləri, reallıqları
öz əksini tapıb. İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə
dair fundamental əsərlər
erməni saxtakarlarına
tutarlı elmi cavabdır. Bu gün Tarix İnstitutunun nəşrləri
türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Milli Kitabxana həmin nəşrləri ölkəmizin
tarixini təbliğ etmək məqsədilə
dünyanın aparıcı
kitabxanalarına, universitetlərinə
– ABŞ-ın Konqres Kitabxanasına, Kaliforniya Universitetinə, İngiltərə,
Avstriya, Estoniya, Latviya, Polşa, Rusiya və digər ölkələrin
milli kitabxanalarına göndərilməsini həyata
keçirəcək.
Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudov çıxışında diqqətə
çatdırıb ki,
2019-cu ildə elmi müəssisədə 43 adda
yeni kitab nəşr olunub. “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının
tarixinə dair 4 adda broşür (ispan və ərəb
dillərində), “Real tarix
və “Böyük Ermənistan” uydurması”
(türk, ərəb və fransız dillərində), “Azərbaycanın
Şəki bölgəsi
1917-1920-ci illərdə”, “Azərbaycanın
Zəngəzur bölgəsi
1918-1920-ci illərdə”, “Azərbaycanın
Naxçıvan bölgəsi
regional hərbi-siyasi proseslərdə
(1917-1920)” və digər
kitablar çapdan çıxıb.
Tədbirdə daha sonra Tarix
İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq
müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək
elmi əsərlər
çap ediləcək,
birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək,
qarşılıqlı olaraq
elektron kitabxana şəbəkəsindən istifadə
ediləcək. Azərbaycan Milli
Kitabxanası Tarix İnstitutunun nəşrlərini
dünyanın aparıcı
kitabxanalarına göndərilməsini
həyata keçirəcək.
Tarix İnstitutunun şöbə
müdirləri Güntəkin
Nəcəfli, Şahin
Fazil, aparıcı elmi işçilər Kamran İsmayılov, Rəşad Mustafa çıxış
edərək son illər
ərsəyə gələn
elmi araşdırmalardan
söz açıblar.
Bildirilib
ki, Prezident İlham Əliyevin təşəbbüsü və
tarixçilərə çağırışı
əsasında 500-ə yaxın
tədqiqat əsəri
işıq üzü
görüb. İnstitutun
zəngin arxiv fondu var. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən minlərlə
arxiv sənədi gətirilib.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 31 yanvar.- S.4.