BakıdaAbay ili”nin açılış mərasimi

 

Yanvarın 30-da Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin türk dünyasındaAbay ili”nin açılış mərasimi keçirilib.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Beynəlxalq Türk Akademiyası tərəfindən 2020-ci ilAbay ilielan olunub.

Tədbir Beynəlxalq Türk Akademiyasının, Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, L.Qumilyov adına Avrasiya Milli Universitetinin, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimdən əvvəl qonaqlar BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi mədəniyyəti mərkəzini ziyarət edib, kitab sərgisi ilə tanış olublar. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali tərəfindən mərkəzə 60-dək kitab təqdim olunub.

Rektor Elçin Babayev mərasimdə ötən il 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin tarixi, bu günü, o cümlədən beynəlxalq əlaqələri Qazaxıstan ali təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələrin elm təhsil sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıb.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qazax xalqının mənəvi lideri sayılan Abay Kunanbayevin 175 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb, “Abay ili”nin türk xalqları arasında mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı başqaları çıxış ediblər.

Çıxışlarda görkəmli qazax klassiki Abay Kunanbayevin 175 illik yubileyinin ölkəmizdə keçirilməsinin Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin mühüm göstəricisi olduğu qeyd edilib, “Abay ili”nin ümummtürk mədəni ədəbi irsinin dünyada təbliğinə daha bir zəmin yaradacağı vurğulanıb.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın Əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı və onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatçısı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.1;2.