İtaliyanın turizm jurnalı
Azərbaycan haqqında
İtaliyanın turizm xəbərləri jurnalı olan “Latitudes”də ölkəmizin
turizm imkanları haqqında məlumatların
yer aldığı “Azərbaycan” bələdçi-kitabı
barədə yazı dərc olunub.
İtaliyanın “Polaris” nəşriyyatında işıq üzü görən, müəllifləri
məşhur fotojurnalist
Françesko Neri və jurnalist Djuzi Palumbo olan bələdçi-kitabı ölkəmizin
ən gözəl guşələrini həm
yazılı, həm də fotolarla əks etdirir: “Azərbaycan bizi öz köklərimizə
qaytarır, içində
qorunması lazım olan bir miras,
açılması gərəkən
çox sirlər var.
Qalan hər şey coğrafiyadan asılıdır: ucqar kəndlər və müasir şəhərlər,
qədim xalq ənənələri və
yeni təcrübələr...”,
- yazıda belə deyilir.
Yazıda İpək yolu
ölkələrindən biri olan Azərbaycanın hər daşında böyük bir tarixin olduğu
vurğulanır, görməli-gəzməli məkanlarımız
barədə məlumat verilir.
Mədəniyyət.- 2020.- 31
yanvar.- S.8.