“Qarabağ
uşaqların gözü ilə”
Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsinə start verilib.
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Qarabağın tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, istedadlı uşaq və gənclərin aşkar edilməsidir.
Üç yaş qrupu (6-9, 10-13, 14-17) və 2 mərhələdə keçirilən müsabiqə üzrə tələblər bunlardır: videoçarx videokamera, planşet və ya mobil telefon vasitəsilə çəkilə bilər, videoçarx məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Peşəkarlar tərəfindən çəkilən videoçarxlar qəbul edilmir. Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır.
Birinci mərhələ
aprelin 1-dən mayın
20-dək olacaq. Bu mərhələdə
respublikada fəaliyyət
göstərən hər
bir ümumtəhsil məktəbi və uşaq-gənclər inkişaf
mərkəzi münsiflər
heyəti təşkil
edir və hər yaş qrupu üzrə seçilmiş 1 videoçarxı
2-ugim@mail.ru elektron poçt
ünvanına göndərməlidir.
İkinci
mərhələ mayın 21-dən iyunun 1-dək müddəti
əhatə edir. Bu mərhələdə münsiflər heyəti
tərəfindən təqdim edilən işlər müvafiq
meyarlar üzrə qiymətləndirilir və qaliblər
seçilir.
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.3.