“Öyrətmək olmasın”

 

 

“Öyrətmək olmasın” adlı yeni teatr layihəsinə start verilib. “Youtube” platformasında və sosial şəbəkələrdə yayımlanan layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.

 

İlk buraxılışı yayımlanan layihə əyləncəli-intellektual müəllim-tələbə dialoqları üzərində qurulub. Müəllim – sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov tələbələr Sabirə Abdullayeva və Əlövsət Ağayev ilə birlikdə “Teatr nədir?”, ”Teatr necə olmalıdır?” kimi suallara cavab axtarıblar.

 

On dəqiqəlik veriliş maraqlı dialoqları və dinamikliyi ilə diqqəti cəlb edib. Layihənin yeni bölümləri yaxın günlərdə “Youtube” vasitəsilə yayımlanacaq.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.7.