Yaşa ki, dünyaya işıq verəsən...
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Tanıdığın dostlardan hansını dansa könül,
O sənin dostun deyil, qəddar düşmənindir, bil!
Sənə düşmən olanı necə tanısın bədən?
Vəfalı dostu hər an könüldən soruş, öyrən!
(“Sirlər xəzinəsi”)
Yaşa
ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
(“Leyli və Məcnun”)
Hünər ardınca qoş,
xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.
(“Yeddi gözəl”)
Barış zamanında döyüş
başlayan
Heç
ağıllı adam sayılmaz, inan!
(“Xosrov və Şirin”)
Əgər istər isən
haqdan inayət,
Pislik eyləməyi kökündən
tərk et.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Ovcumun içində olsa da, yenə
Dikmərəm gözümü özgə
mülkünə.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.7.