Azərbaycan musiqisinə qarşı erməni plagiatı
BMA-da
elmi-praktik konfrans
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
(BMA) “Şifahi ənənəli
Azərbaycan professional musiqisi
və onun yeni istiqamətlərinin tədqiqi. Orqanologiya və akustika”
elmi-tədqiqat laboratoriyasının
təşkilatçılığı ilə martın 30-da onlayn rejimdə “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Azərbaycanlıların Soyqırımı Gününə
həsr olunub.
BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Nuridə İsmayılzadənin
moderatorluğu ilə
keçən konfransda
akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin
iştirakçılara videomüraciəti
təqdim edilib. O, konfransın əhəmiyyətini
vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə
qarşı mənimsəmə
cəhdləri uzun illərdir davam edir. Azərbaycanın musiqişünas alimləri,
sənətkarları ermənilərin
plagiat fəaliyyətini
sübut edərək, bu
cəhdlər qarşı
mübarizə aparırlar.
Dosent Nuridə İsmayılzadə
“Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda məruzəsində
elmi-tədqiqat laboratoriyası
alimlərinin bu sahədə fəaliyyətindən
bəhs edib, aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Rauf Bəhmənlinin tədqiqatlarını diqqətə
çatdırıb.
BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə
Quliyeva, elm və yaradıcılıq işləri
üzrə prorektor, Əməkdar incəsənət
xadimi, professor Gülnaz
Abdullazadə mövzu
ilə bağlı çıxış ediblər.
Onlayn tədbirdə Xor dirijorluğu kafedrasının
baş müəllimi
Dilarə Quliyevanın
rəhbərliyi altında
fortepiano fakültəsi III kurs tələbələrinin
ifasında “Laçın”
xalq mahnısının
videoroliki nümayiş
etdirilib.
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.5.