BelarusMoldova xəbər portallarında təbliğat yazıları

 

 

Azərbaycan xalqı 1918-ci ilin 31 martında baş verən soyqırımı qurbanlarının xatirəsini anır.

 

Azərbaycanlıların doğma torpaqlarında kütləvi qətli, qırğınlar, repressiyaqovulma faktları XX əsrin faciəli səhifələrindən biri hesab edilə bilər. Tarixdə Azərbaycan torpaqlarında “böyük Ermənistan” yaratmaq fikri ilə alovlanan erməni şovinizminin izi aydın görünür.

 

Bu fikirlər Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun ölkənin belprauda.com xəbər portalında dərc edilən məqaləsində yer alıb.

 

Məqalədə qeyd olunur ki, XX əsrin əvvəllərində Rusiyada baş verən inqilabi hərəkatla bağlı proseslərdən yararlanan ermənilər azərbaycanlılara qarşı Bakıda, habelə digər şəhərlərdə kütləvi şəkildə qırğınlar törədiblər.

 

O dövrdə baş verənlərin təhlil edildiyi məqalədə vurğulanır ki, 1918-ci ilin martında azərbaycanlıların soyqırımı, 1992-ci ildə Xocalıda törədilən soyqırımı ilə yanaşı, Azərbaycan tarixindəki ən qanlı hadisələrdən biri idi.

 

***

 

Moldovadakı səfirliyimizin təşəbbüsü ilə bu ölkənin bir neçə xəbər portalında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yazılar dərc edilib.

 

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun noi.md saytında yayımlanan məqaləsində erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından bəhs edilir.

 

Məqalədə qeyd edilir ki, SSRİ dövründə 1918-ci il Mart hadisələri xüsusilə araşdırılmayıb, çünki hakim dairələrdə çox sayda erməni var idi. Yalnız Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həmin dəhşətli hadisələrə siyasi qiymət verilib.

 

Milli Məclis sədrinin müavini Adil Əliyevin nüfuzlu tribuna.md saytında yayımlanan məqaləsində soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi diqqətə çatdırılır. Bildirilir ki, bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin Mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

 

Hər iki məqalə rus və rumın dillərində dərc edilib.

 

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.8.