Amerika nəşrlərində Azərbaycanlıların
Soyqırımı Günü barədə
məqalələr
ABŞ
Azərbaycanlıları Şəbəkəsi tərəfindən
hər il keçirilən Amerika ictimaiyyətinin məlumatlandırılması
kampaniyası çərçivəsində 31 mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı materiallar
müxtəlif media səhifələrində yayılıb.
“The State
Journal”, “Centre Daily Times”, “Greenfield Recorder” və
“Delaware News Journal” qəzetlərində Azərbaycan diasporu üzvlərinin mövzuya
dair məqalələri
dərc edilib.
Məqalələrdə bildirilir ki, bütün dünya azərbaycanlıları
martın 31-ni Azərbaycanlıların
Soyqırımı Günü
kimi qeyd edirlər. Bu tarix 1918-ci il mart-aprel aylarında
və ümumiyyətlə,
XIX-XX əsrlərdə Azərbaycan
xalqına çox böyük məşəqqətlər
gətirmiş digər
faciəli hadisələrlə
bağlıdır.
Materiallarda qeyd olunur ki, 1918-ci ilin mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti
elan ediləndən sonra hökumət bu faciəli hadisələrini təhqiq
etməyə başlayıb.
1919-1920-ci illərdə martın
31-ni soyqırımı qurbanlarının
xatirəsinə matəm
günü kimi qeyd edib.
Sovet dövründə ukraynalılar
Qolodomor illərində
həlak olanların xatirəsini, çərkəzlər
öz xalqına qarşı soyqırımı
qurbanlarının xatirəsini
ehtiramla yad edə bilmədiyi kimi, Azərbaycan xalqının da ona qarşı törədilmiş soyqırımı
qurbanlarının xatirəsini
yad etməsinə imkan verilmirdi.
Vurğulanır ki, ölkəmizin
müstəqilliyi bərpa
ediləndən sonra Azərbaycanlıların Soyqırımı
Günü dövlət
səviyyəsində qeyd
edilir. Məqalələrdə
Azərbaycan xalqına
qarşı soyqırımı
siyasətinin bütün
XX əsr boyu davam etdiyi diqqətə
çatdırılır, 1992-ci ildə erməni qoşunları tərəfindən
törədilmiş Xocalı
qırğını barədə
də məlumat verilir.
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.8.