111 yaşlı, nəğmə soraqlı
ünvan
Bir teatrın tarixindən söz düşəndə, sözsüz ki, sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Teatr binasının arxitektura özəllikləri də bu və digər şəkildə səhnə sənətinin estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
“Bir binanın tarixi” rubrikasında bu dəfə oxucularımıza paytaxtın memarlıq mənzərəsinə rəng qatan tikililərindən biri, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binası haqqında söz açacağıq.
Sənətkarın adını daşıyan küçədə yerləşən teatr binasının maraqlı tarixi var. Buradan keçən hər kəsi dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsi qarşılayır. 2016-cı il oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə abidənin açılışı keçirilib. Xalq rəssamı, professor Fuad Salayevin müəllifi olduğu heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Xor sinaqoqu
Binaya daxil oluruq. Teatrın kitabxanaçısı Fərqanə Əliyeva bizə tikilinin tarixi haqqında məlumat verir. Öyrənirik ki, bina
1910-cu ildə Bakıda
yaşayan yəhudi icmasının tәşәbbüsü ilə, memar İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında sinaqoq binası olaraq inşa edilib. “Böyük xor
sinaqoqu” kimi fəaliyyət göstərən
binanın tikintisinə
yəhudi mesenatlarla yanaşı, məşhur
milyonçu Ağa
Musa Nağıyevin də
maddi köməklik göstərdiyi bildirilir.
Fərqanə xanım qeyd edir ki, sovet
hakimiyyətinin qurulmasından
sonra, digər dini ibadətgahlar kimi, sinaqoqların da ləğv edilməsinə başlanılır. 1932-ci ildə “Böyük xor sinaqoqu” bağlanır
və bina milliləşdirilir. 1934-cü ildə isə “Bakı yəhudi fәhlә teatrı”na verilir. 1936-cı ildə “dövlət teatrı” statusu alan mədəniyyət
ocağı Azərbaycan
Dövlət Yəhudi
Teatrı (ADYT) kimi geniş populyarlıq qazanır. Yəhudi teatrı 1941-ci ilə
qәdәr fəaliyyət
göstərib. 1979-cu ilədək isə bu binada Azərbaycan
Dövlət Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu yerləşib.
Bundan sonra bir müddət
istifadəsiz qalsa da, binada həmişə
sәliqә-sahman
olub.
Binanın xüsusilə interyeri möhtәşәm görkəmə malik idi. Nazik tökmə çuqun
sütunlar ikinci mәrtәbәnin zәrif
eyvanını saxlayırdı.
İlkin
görünüşünü indi də qoruyan
binanın tağlı
tavanı freskalarla bәzәdilmişdi.
1980-ci illәrdә binanın
bәrpa
layihәsi ilə bağlı
müzakirələr aparılıb.
Həmin
dövrdə görkəmli
müğənni Rәşid Behbudov Azərbaycan SSR Mәdәniyyәt Nazirliyindәn binanın
1968-ci ildә yaratdığı və rәhbәri olduğu Mahnı Teatrına verilmәsini xahiş edir. Böyük sənətkarın xahişi nəzərə
alınır və teatrın kollektivi 1988-ci ildәn
burada fəaliyyət göstərməyə başlayır.
Həmsöhbətim bildirir ki, Prezident
İlham Əliyevin sərəncamına əsasən,
2009-2011-ci illərdə binada
əsaslı təmir-bərpa
işləri aparılıb. Bərpa zamanı
daxili mәkanın tamlığına
riayət edilib. Bina müasir işıq və səs avadanlıqları ilə təchiz edilib.
2011-ci il dekabrın 14-də – Rəşid
Behbudovun doğum günündə teatrın
açılış mərasimi
keçirilib. Hazırda binada
15 otaq və 234 yerlik tamaşaçı zalı mövcuddur.
Teatr içində muzey
Binanın otaqları ilə
tanış oluruq. Amfiteatr hissəsində divardan
asılmış afişalar
və rəsmlər diqqətimizi çəkir.
Burada Rəşid Behbudovun baş rolda çəkildiyi “Arşın mal alan”
filminin 1945-ci ilə
aid afişasının surəti,
sənətkarın portreti
və onun ətrafında musiqiçinin
qastrol səfərində
olduğu ölkələrin
adları maraqlı bir kompozisiya yaradır. Mahnı Teatrında bu
günə qədər
nümayiş olunan bir çox tamaşa və konsertlərin afişalarını
da burada görmək mümkündür.
Binada həmçinin Rəşid
Behbudova aid bir otaqdan ibarət muzey var. Müsahibim deyir ki, həmin
yer bir vaxtlar
unudulmaz müğənninin
şəxsi iş otağı olub. Otaqda Rəşid Behbudova aid şəxsi musiqi alətləri, iş masası,
həmçinin Bülbül,
Niyazi, Fikrət Əmirov və başqa görkəmli musiqiçilərlə çəkilmiş
fotoşəkillər saxlanılır.
Otaqdakı əşyaları
seyr edərkən gözümüzdə ölməz
sənətçinin əziz
xatirəsi canlanır...
***
Unudulmaz sənətkarın adını
daşıdığı mədəniyyət
ocağından xoş
arzularla ayrılırıq. Ümid edirik
ki, yaxın zamanda koronavirus bəlasından qurtulub
normal həyata dönərik.
Sənətsevərlər də
Dövlət Mahnı
Teatrının yaradıcı
kollektivinin bir-birindən
maraqlı çıxışlarını
canlı izləyərək
musiqidən zövq alarlar...
NURƏDDİN
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.6.