Onlayn elmi-praktik seminar

 

 

“31 mart – terror soyqırımı

 

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı olaraq onlayn formatda “31 mart – terror soyqırımıadlı elmi-praktik seminar təşkil edilib.

 

Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilmiş tədbirdəİçərişəhərMuzey Mərkəzinin elmi katibi Səadət ƏləkbərovaErməni xisləti, xəbis planları tarixi faktlarda”, idarənin tabe qurumlarının əməkdaşlarıtarix üzrə fəlsəfə doktoru Günay Həsənova “Mart soyqırımı zamanı İçərişəhər”, Nərmin Alıyeva “31 mart soyqırımı AXC mətbuatında”, Gülsüm HüseynovaƏsrlərlə Azərbaycan xalqının başına gələn soyqırımların ekran təcəssümü”, Yeganə BabaşovaƏhməd bəy Ağaoğlu erməni soyqırımları haqqında”, Günel Qasımova “1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar”, Selcan OsmanovaCənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar”, Gülər Quliyeva “31 mart – Azərbaycanlıların Soyqırımı Günüadlı məruzələrlə çıxış ediblər.

 

31 Mart hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2021.- 2 aprel .- S.4.