Akademik Musiqili Teatrdan “Unutmayaq!” virtual layihəsi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları 31 mart – Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar faciə qurbanlarının əziz
xatirəsinə ithaf olunan “Unutmayaq!” layihəsini təqdim edib.
İdeya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev olan layihənin
məqsədi 1918-ci ilin
mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu
qruplaşmalarının xalqımıza
qarşı törətdikləri
soyqırımı faktını
bir daha diqqətə çatdırmaqdır.
Samir Qulamovun
ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Sündü” qısametrajlı
bədii filmində bir kənddə baş verən faciədən bəhs olunsa da, ümumilikdə
o dövrdə xalqımızın
başına gətirilən
müsibətlərə işıq
salır. Filmin baş prodüseri
Ülvi Cəfərov,
bəstəkarı Ali Aliyev,
quruluşçu operator və
montajçısı Hikmət
Şahverdizadədir. Bəzi mətnlərin
erməni dilinə tərcüməsi İsrafil
Xudaverdiyevə məxsusdur.
Ərtoğrul Kamalovun “Qətliam”
videoçarxındakı kadrlar
da mənfur düşmənlərimizin iç
üzünü açır,
onların barbarlığı
real faktlar əsasında
diqqətə çatdırılır.
Videoçarxın baş prodüseri
Ü.Cəfərov, montajçısı
Kənan Muxtarov, operatoru Şahmar Səfəroğludur.
Anar Babalının
“31 Mart – qanlı tarix”
videoçarxında müasir
gənclərin gözü
ilə faciənin tarixi kökləri araşdırılır. Teatrın gənc
aktyoru Hidayət Əliyevin çəkildiyi
videoçarxın mətnini
Elçin Hacıyev səsləndirib, operatoru Əfqan Ələsovdur.
Zaur Əliyevin
hazırladığı videomaterialda
isə Azərbaycanlıların
Soyqırımı Günündə
dünya teatrları ilə Azərbaycan teatrlarının repertuarı
arasındakı fərqli
ab-hava təhlil olunur, həmin gün bizim səhnədə göstərilən
faciələrin səbəbləri
sətiraltı mənalarla
vurğulanır.
Videoçarxda mətni Əmrah Dadaşov səsləndirib.
Mədəniyyət.- 2021.- 2 aprel.-
S.5.