Onlayn toplantıda “Çölçü” filmi
təhlil edilib
İstanbulda fəaliyyət göstərən
“Qaradəniz Təhsil
Mədəniyyət və
Ətraf Mühiti Qoruma Vəqfi”nin
gənclik məclisinin
film qrupu toplantısında
hər həftə dünyanın müxtəlif
ölkələrinin filmlərinin
təhlil edilir. Aprelin 4-də
növbəti onlayn toplantıda azərbaycanlı
rejissor Şamil Əliyevin “Çölçü”
filmi müzakirə olunub.
Qeyd edək
ki, film vəqfə məclisin baş məsləhətçisi, telejurnalist
həmyerlimiz Səidə
Ömərin təşəbbüsü
ilə təqdim edilib. Müzakirələrə “Çölçü”nün rejissoru, filmdə rol almış Əməkdar artisti Bəhruz Vaqifoğlu da qatılıb.
Vəqfin sədri Yusif Cəvahir Azərbaycan kino tarixi və
inkişafı haqqında
məlumat verib. O, Azərbaycanla
Türkiyə arasında
kino sahəsində ortaq layihələrin həyata keçirilməsi
istiqamətində atılan
addımların iki qardaş ölkə üçün vacibliyini
vurğulayıb.
Çıxış edənlər “Çölçü” filmi
ilə bağlı fikirlərini bölüşüblər.
Diqqətə çatdırılıb ki,
Azərbaycan Mədəniyyət Nazirliyinin
sifarişi ilə “Azərbaycanfilm”
Kinostudiyasında 2012-ci ildə istehsal olunan film müxtəlif səviyyəli
beynəlxalq festivallarda 40-dan artıq mükafata layiq görülüb.
Mədəniyyət.- 2021.- 7 aprel.-
S.8.