“Yaponiya-Azərbaycan Dostluq ilinin loqosu hazırlanıb

 

Yaponiyanın Azərbaycandakı Səfirliyi 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.

 

Bu istiqamətdə ilk addım olaraq “2022 – Yaponiya-Azərbaycan Dostluq ilini təcəssüm etdirəcək sloqanloqo yarışması keçirilib.

 

Sloqan müsabiqəsinin qalibi Ramazan Ağayevloqo müsabiqəsinin qalibi Tofiq Sarıyevə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi tərəfindən sertifikat təqdim olunub.

 

Səfir hər iki qalibi təbrik edib və “Dostluq ili” layihəsinə töhfələri üçün minnətdarlığını bildirib. Diplomat hər iki qalibin bundan sonra da ikitərəfli münasibətlərin inkişafı üçün tədbirlərdə aktiv iştirak edəcəklərinə ümidvar olduğunu deyib.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.8.