Ozan dünyası”nın 2021-ci ildə ilk sayı işıq üzü görüb

 

 

2010-cu ildə Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası ilə nəşrə başlayanOzan dünyası” jurnalının 2021-ci ildə ilk sayı işıq üzü görüb. Redaksiya heyətində Azərbaycan, Türkiyə, İran, AlmaniyaGürcüstandan nüfuzlu folklorşünas alimlərin təmsil olunduğu jurnalın səhifələrində folklorumuza, xüsusilə də aşıq sənətinə dair elmi məqalələrə geniş yer verilir, ustad aşıqların, görkəmli folklorşünasların həyat və fəaliyyətləri işıqlandırılır.

 

Nəşrin yeni sayı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixli sərəncamı ilə açılır.  Jurnalda Xalq şairi Zəlimxan Yaqubun Aşıq Ələsgərdən bəhs edən “Yaralı xatirə” yazısı, professor Mahirə Hüseynovanın “Həsən Mirzəyev: onun həyatının mənası”,  dosent Nağdəli Zamanovun “Aşıq Şəmşir yaradıcılığında ustad-şagird münasibətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun “Saz alətində not ifaçılığına dair”, Ramiz Göyüşovun “Xanları xatırlarkən” və s. elmi-publisistik məqalələr dərc olunub.

 

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.7.