Nizami iliilə bağlı onlayn konfrans

 

 

Nizami iliçərçivəsində böyük şairin doğma şəhərində silsilə tədbirlər nəzərdə tutulub. Bu mövzuda YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə təşkil olunan onlayn konfransa Gəncədə fəaliyyət göstərən mədəniyyət incəsənət xadimləri, elm adamları parlamentdə Gəncəni təmsil edən millət vəkilləri qatılıblar.

 

Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin moderatorluğu ilə keçirilən tədbirdə Gəncədə reallaşdırılacaq tədbirlər müzakirə olunub, şairin irsinin geniş təbliği öyrənilməsi istiqamətində atılacaq addımlardan danışılıb.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif CənnətovNizami ili”ndə idarənin görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, il ərzində kitab rəsm sərgiləri, ədəbi-bədii kompozisiyaların hazırlanması, poeziya saatlarının təşkili, elmi konfransların keçirilməsi planlaşdırılır.

 

Millət vəkili Pərvin Kərimzadə deyib ki, bu il dahi şairin yaradıcılığının dünyada daha geniş təbliği öyrənilməsi ilə əlamətdar olacaq.

 

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Xalq artisti Şahnaz Haşımova və digər çıxış edənlər dahi şairin yurdunda yaşadıqları üçün özlərini xoşbəxt hesab etdiklərini dilə gətiriblər.

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.4