Birlikdən yaranıb zəfər
döyüşdə...
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Bəla görəcəksən pislik etdinsə,
Əvəz verəcəkdir dünya hər kəsə.
(“Xosrov və Şirin”)
Bal verən arının bircəsi yəqin,
Yüzündən yaxşıdır bal yeyənlərin.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Əlinə, ürəyinə, zərər yox, batsa tikan,
Tənbəlliyi burax, tut bir işdən, ol çalışqan.
Yaxşı olar özünü işə öyrətsən bir az,
Onda inan ki, əlin özgələrə uzanmaz.
(“Sirlər xəzinəsi”)
Düşməni qanına qərq etmək olar,
Dostla vuruşmağın mənasımı var?
(“Leyli və Məcnun”)
Özünü dost tutan lağlağılar
var,
Onlar kənizlərdə
qürur doğurar.
O dost ki, hər işi
yalnız duzaqdır,
Bəzəkli-düzəkli bir mancanaqdır.
(“Yeddi gözəl”)
Birlikdən yaranıb zəfər
döyüşdə,
Dostların birliyi gərək hər işdə.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 9 aprel.-
S.7.