Orda bir teatr
var, uzaqda...
Bir neçə il əvvəl “Washington Post” qəzeti
“Coşua Bellin metroda gizli çıxışı”
adlı eksperiment-layihə həyata keçirmişdi. İnsanların
zövqləri və dəyərləri ilə
bağlı sosial eksperimentin təşkilatçıları
kədərli, bir az gözlənilən
halla rastlaşırlar.
Dünyanın ən istedadlı
musiqiçilərindən Coşua
Bell soyuq yanvar səhəri Vaşinqtondakı
metro stansiyalarından birinin
qarşısında skripkada
musiqi ifa edir. Təxminən 45 dəqiqə ərzində
Baxın altı pyesini ifa edir
və pik saat olmasına rəğmən onu yalnız bir neçə nəfər dinləyir.
İki gün öncə konsertinə bilet azı 100 dollara satılan və yüzlərlə musiqi həvəskarının konsert
salonunun qapısında
növbə gözlədiyi
musiqiçi metro konsertindən
32 dollarlıq “qonorar”la
ayrılır.
Maraqlıdır, adi şəraitdə, münasib olmayan zamanda biz gözəlliyi
hiss edə bilirikmi? Buna necə reaksiya veririk və həmin gözəlliyi anlamaq üçün nə edirik? Heç nə. Dünyanın ən istedadlı
musiqiçilərindən birinin
ifasını dinləmək
üçün bir dəqiqəmizi ayıra bilmədiyimiz kimi, çox şeyin yanından etinasız ötüb keçə bilirik. Pandemiya dönəmində, canlı yaradıcılıq
sahələrinin ağır
sınaq qarşısında
dayandığı indiki
zamanda teatrın işi lap çətindir.
Ələlxüsus da milli teatrın. Çünki əksər hallarda
anşlaqlara, tamaşaçı
dolu zala həsrət idi. İndi isə, bir ildən çoxdur, tamaşaçı
bir yana, onun həsrətində yanıb-yaxılan, hər
gün sosial şəbəkələrdən efirlərə yayılan “Teatrsız yaşamaq böyük fəlakətdir”
kimi pafoslu monoloqlara da tamarzıdır. Sanki teatr onun salonundakılar
kimi səhnə və kulisdəkilərə
də lazım deyilmiş. Hər halda bir ili adlayan teatrsızlıq dönəmində
bir aktyorun, rejissorun, dramaturqun “xahiş edirəm, teatrları açın, onsuz yaşaya bilmirəm” çağırışını
eşitmədik... Niyə?
Bu mövzuda fikir mübadiləsi etdiyim gənc teatrşünaslardan
biri – AMEA-nın doktorantı Aygün Süleymanova suala sualla cavab verir:
“Teatrsız yaşaya bilməmək məgər
dünən (pandemiyadan
öncə) var idimi? Dünən də, bu gün də Azərbaycan vətəndaşının
“teatra getmək istəyirəm” deyə bir qayğısı yoxdur. Yəni kütləvi deyil.
Kütləvi tamaşaçı
teatra getmək istəmir...”.
Bu məqamda Aygün
xanımla razılaşa
bilmədim. Ki, tamaşaçını birmənalı teatra istəksizlikdə, teatr kimi yüksək sənətə sevgisizlikdə
qınamaq olmaz. Həm də bu teatr
dediyimiz nəsnə meydanda, kütlənin arasında yaranıb.
Xüsusən də biz milli
teatrımızın tarixindən
danışarkən geninə-boluna
kütləvi, meydan, xalq tamaşaları sözlərindən istifadə
edirik. Bütün hallarda bu gün tamaşaçı
ənənəvi teatr
formasından imtina edirsə, onlara yüksək peşəkar
eksperimentlər verməliyik.
Pandemiyanın yaratdığı bu uzun fasilə
də papağını
qarşına qoyub düşünmək üçün
əla fürsətdir.
Paxıllıq etdiyim bir çox ölkələrdə
artıq post pandemiyanın
teatrı ilə bağlı müxtəlif
fikirlər irəli sürüb, tezislər hazırlayırlar. Bunu uzun
müzakirələrə çıxarırlar.
“Teatrlar açılsın,
baxarıq” kimi bəhanələr irəli
sürmür, “Zoom” vasitəsilə
yalançı məşqlərdə
əsnəmir, əsl
onlayn müzakirələr
edirlər. Beləcə, biz doğulmayan uşağa (tamaşa) don biçirik, onlar isə cəmiyyət üçün
yararlı övlad (teatr) dünyaya gətirməyə çalışırlar.
Fikri Aygün Süleymanova da təsdiq edir və ortaq
məxrəcə gəldiyimizə
sevinirəm: “Pandemiya bir sıra ölkələrdə
teatr üçün
yeni səhifə açdı. Teatr məkanlardan, teatr
binalarından tamaşaçının
evinə gəldi.
Televiziyalarda gündəm yaratdılar.
Burada da tamaşaçı haqlıdır. Virusun tüğyan
etdiyi bir məqamda insanların gündəlik ehtiyaclarının
qapıya gəldiyi bir zamanda niyə
də teatr bu tendensiyaya qoşulmasın. Gərçi bu, milli teatrımız
üçün yenilik
olmayacaq. Yenidən televiziya
tamaşalarına qayıdış
olacaq.
Qeyd edim ki, teatr yalnız
tamaşa məkanı
deyil. Teatr istehsal edən qurumdur, yüzlərlə
insanın iş yeridir. Teatrın bu iki vəzifəsi bir-birindən
fərqləndirilməlidir. Bu minvalla davam
etsək, milli teatrımızı heç
də parlaq gələcək gözləmir.
Təxminən ortayaşlı aktyor
pandemiya bitənəcən
yaşlanacaq. Onun əsl
sənət arzuları
pandemiya üzündən
yarımçıq qalacaq.
Aktyor sənəti üzrə işləmədikcə formadan
düşəcək. Bu gün teatra təqdim olunan əsərlər sabah aktuallığını
itirəcək... Qısası, tamaşa yoxdursa, rejissor yoxdur, teatrşünas yoxdur, seyrçi yoxdur, teatr prosesi yoxdur”.
Bu qədər bədbin yekunu istəməsək də, amansız gerçək dəyişmir
ki, dəyişmir...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 14
aprel.- S.5.