Rusiya kanalında Azərbaycan dolması

 

Stalik Xankişiyev necə bişirməyi öyrədir

 

Məşhur Rusiya kulinarı, teleaparıcı, bloger və mətbəx haqqında kitabların müəllifi Stalik Xankişiyev REN TV kanalında “Dadlı və sağlam qida haqqında” telealmanaxında Azərbaycan dolmasının hazırlanma sirlərini bölüşüb.

 

Kulinariya ustası dolmanın necə hazırlanacağı barədə danışıb, onun iki növü barədə məlumat verib. Azərbaycan dolması: üzüm yarpaqlarında və tərəvəzli. Əlbəttə ki, aşpazın öz sirləri də var...

 

Qeyd edək ki, Stalik Xankişiyevlə “Dadlı və sağlam qida haqqında” telealmanax REN TV-də şənbə günləri saat 8:30-da efirə çıxır.

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.8.