Həmişə dünyada
yaxşılıq axtar...
Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyət var.
Yaxşı ad almışla yaxşı
ol müdam,
Yoxsa axır
özün olarsan bədnam.
(İsgəndərnamə İqbalnamə)
Qamışın hansı otdan baxma göyərdiyinə,
Bax, gör onu şəkəri çıxardı nə ağ günə.
(Sirlər xəzinəsi)
İstəyirsən evin salamat qala,
Evə yad adamı buraxma əsla.
(Xosrov və Şirin)
Öz qəbiləsinə asi olan şəxs
Onunla bir yerdə yaşaya bilməz.
(Leyli və Məcnun)
Hər kəs zor göstərsə
işində əgər,
İşinin nizamı pozulub gedər.
(Yeddi gözəl)
Madam ki, sülh
ilə göyərər
dilək,
Döyüşə at çapmaq daha nə gərək?
(İsgəndərnamə Şərəfnamə)
Mədəniyyət.- 2021.- 16
aprel.- S.7.