Əlişir Nəvainin 580 illiyi Heratda qeyd olunub
Beynəlxalq konfransa Azərbaycan alimləri qatılıb
Dünya
ədəbiyyatınin dahi
klassiklərindən olan
böyük özbək
şairi Əlişir
Nəvainin 580 illiyi Əfqanıstanda
– şairin doğulduğu
və yaşayıb-yaratdığı
Herat torpağında da
qeyd edilir.
Heratda keçirilən
“Həzrət Əmir
Əlişir Nəvainin
düşüncələrini yenidən öyrənmək”
adlı beynəlxalq elmi konfransa Özbəkistan, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Tacikistan, Türkmənistandan
olan nəvaişünas
alimlər qatılıb.
Konfransda
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya elmləri doktoru Almaz Ülvi
Binnətova və A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı iştirak ediblər.
Konfransın açılışında Azərbaycan
alimləri təbrik nitqi söyləyərək
konfransın təşkilat
komitəsinə öz
kitablarını hədiyyə
ediblər. Bölmə iclasında Almaz Ülvi Binnətovanın
“Əlişir Nəvainin
elmi-filoloji və dini-təsəvvüfi əsərləri”, Mübariz Ağalarlının “Əmir
Əlişir Nəvai
dövründə Azərbaycan
dövlətləri ilə
Teymurilər dövləti
arasında siyasi və diplomatik münasibətlər” adlı
məruzələri dinlənilib.
İştirakçıların Heratın tarixi məkanlarına – Əlişir Nəvainin məqbərəsi, Gövhərşad
Bəyim camisi, İsgəndər qalası
və s. yerlərə,
həmçinin paytaxt
Kabilə ekskursiyaları
da təşkil olunub. Əfqanıstan Elmlər Akademiyasının
prezidenti Abdul Zahir Şakib ilə görüş keçirilib.
Konfrans iştirakçılarına Əlişir
Nəvainin lacivərd
daşından hazırlanmış
barelyefi, kitablar hədiyyə
edilib. Müxtəlif ölkələrdən olan həmkarları azərbaycanlı alimləri
Qarabağın düşmən
tapdağından azad edilməsi münasibətilə
təbrik ediblər.
Mədəniyyət.- 2021.- 16
aprel.- S.8.