Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “açıq qapı” günü

 

 

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “açıq qapı” günü təşkil olunacaq.

 

Qoruğun direktoru Zahir Kərimov bildirib ki, həmin gün ziyarətçilər üçün ödənişsiz olaraq Azərbaycan, rusingilis dillərində ekskursiya xidmətləri göstəriləcək. Ziyarətçilər qoruğun tarixi məkanları – qədim şəhər yeri, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxacaq, Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan eksponatlarla tanış olacaqlar. Qoruq ərazisində yaradılmış xüsusi yerlərdə ziyarətçilərə dulusçuluq, oymaçılıq, arıçılıq peşələri barədə məlumat veriləcək, yerli sənətkarların gilağac materiallarından hazırladığı əşyalar nümayiş etdiriləcək.

 

Qəbələ Arxeoloji Mərkəzində 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İlielan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid nəşrlər, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitablar da sərgilənəcək.

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.3.